DÖVLƏT SATINALMALARI VƏ DİGƏR TENDERLƏR (NEFT VƏ QAZ, TİKİNTİ, MÜHƏNDİSLİK və s.)

Biz neft-qaz, tikinti və digər sahələrdə dövlət satınalmaları və müxtəlif tenderlərlə bağlı proseslərdə hərtərəfli hüquqi dəstək təklif edirik.

Dövlət satınalmaları və tenderlərdə iştirakın təmin edilməsi üzrə təqdim edilən xidmətlərimizə daxil edilir:

Satınalma prosesi, malların tədarükü, lisenziyalaşdırma, diler və distribütor müqavilələri/memorandumların hazırlanması ilə bağlı hüquqi dəstəyin verilməsi, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq fiziki və hüquqi şəxslərə məsləhətlərin verilməsi və proses zamanı tələb olunan sənədləşmələrin tərtibinin həyata keçirilməsi;

Dövlət satınalmaları və digər tenderlərlə bağlı hüquqi şəxslərin daxili siyasət və qaydalarının hazırlanması və hüquqi ekspertizasının keçirilməsi;

E-tender portalı vasitəsilə dövlət satınalmalarında iştirak edən hüquqi və fiziki şəxslərin sənədlərinin satınalma qanunvericiliyinə uyğunluğunun yoxlanılması, portala yüklənilməsi, dəyişiklik tələb olunan sənədlərə düzəlişlərin edilməsi, satınalan təşkilatlar ilə yazışmaların aparılması, müraciətlərin göndərilməsinin həyata keçirilməsi;

Dövlət satınalmaları və digər tenderlərdə qalib fiziki və hüquqi şəxslər ilə imzalanacaq müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;

Neft-qaz sahəsində hasilatın pay bölgüsü (PSA) müqavilə tərəflərinin təşkil etdiyi tenderlərdə (BID) iştirak edən fiziki/hüquqi şəxslərin sənədlərinin (hüquqi və texniki) hazırlanması, müraciət qaydaları ilə bağlı məsləhətlərin verilməsi, satınalan təşkilat ilə yazışmaların aparılması, müraciətlərin tamamlanması və satınalan təşkilatın elektron sistemi vasitəsilə göndərilməsi;

Hasilatın pay bölgüsü (PSA) müqavilə tərəflərinin təşkil etdiyi tender (BID) qalibi ilə imzalanacaq müqavilə və digər sənədlərin yoxlanılması;

Qalib şəxslərə Hasilatın pay bölgüsü haqqında Sazişə dair Protokollara əsasən, ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında (VAT Zero Rate (0%) Exemption Certificate) və İdxal və İxrac rüsumları və vergilərindən azad olma haqqında sertifikatların (Certificate of Exception from Import and Export Duties and Taxes) alınması üçün müraciət edilməsi, dövlət orqanları ilə danışıqların aparılması.