ƏMƏK VƏ MƏŞĞULLUQ HÜQUQU

Əmək hüququ və işəgötürmə prosesi üzrə təklif edilən xidmətlərimiz:

Əmək və məşğulluq məsələlərinin bütün aspektləri üzrə şirkətlərə və işə qəbul komandasına məsləhətlərin verilməsi, əmək qanunvericiliyi ilə bağlı hüquqi rəylərin hazırlanması;

Əmək müqavilələrinin və tam maddi məsuliyyət haqqında müqavilələrin hazırlanması və hazır müqavilələrə rəy verilməsi;

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işəqəbulu ilə bağlı icazələrin alınması və digər hüquqi dəstəyin verilməsi;

Əmək mübahisələrində tərəflərin təmsil olunması;

Daxili normativ sənədlərin (qaydaların, siyasətlərin, prosedurların, təlimatların və s.) kollektiv müqavilə və sazişlərin, əmrlərin hazırlanması və baxış keçirilməsi;

Yaranmış vakansiyalarla bağlı işçilərin axtarılması, təqdim edilmiş tələblərə uyğun olaraq işçilərin seçilməsi, işçilərin rəsmiləşdirilməsinə dəstək göstərilməsi, əmək müqavilələrinin bağlanması, dəyişiklik və əlavələrin edilməsi, xitam verilməsi, insan resursları ilə bağlı digər sənədləşmələrin həyata keçirilməsi;

Sosial təminat hüquqları üzrə hüquqi məsləhətlərin verilməsi və dövlət orqanlarına müraciətlərin ünvanlanması;

Əmək münasibətləri sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə danışıqların və yazışmaların (müraciət, ərizə, şikayət və digər analoji sənədlər) aparılması;

Digər əmək və məşğulluq ilə əlaqədar məsələlərdə hüquqi dəstək verilməsi.